Rusiya futbolu erməninin ümidinə qaldı
24.11.2009 - 15:43
Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko vəzifəsindən ayrılıb. Apasport.az saytının məlumatına görə, RFİ İcraiyyə Komitəsinin üzvləri bu gün keçirdikləri iclasda Mutkonun istefasını qəbul ediblər.
Qurumun yeni başçısının adı gələn ilin fevralında məlum olacaq. Belə ki, 2010-cu ilin fevralın 3-də yeni prezidentin seçilməsi ilə əlaqədar növbədənkənar konfrans keçiriləcək. Buna qədər prezidentinin səlahiyyətlərini icra etmək qurumun nizamnaməsinə görə birinci vitse-prezident, milliyətcə erməni olan Nikita Simonyana həvalə olunub. Növbədən konfrans zamanı isə prezident seçkiləri ilə yanaşı, görülən işlə bağlı hesabat verəcək.
Qeyd edək ki, Mutko milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə səfər oyunu ilə əlaqədar ötən ay Bakıda olub. O, Rusiya milli komandasının dünya çempionatının pley-off mərhələsində Sloveniya yığması ilə uğursuz oyunlarından sonra postunu tərk etməyə qərar verib.

0
0