Bülənt Korkmaz Fatih Terimlə bir arada
24.11.2009 - 16:13
Bülənt Korkmaz Fatih Terimlə bir arada
Türkiyə futbolu tarixinin ən yaxşı müdafiəçilərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, türk həmkarlarımız ölkələrində çıxış etmiş arxa xətt oyunçuları arasında ən yaxşıları fərqləndirmək qərarına gəliblər.

Müxtəlif vaxtlarda türk klublarında oynamış yerli və əcnəbi müdafiəçilərin yer aldığı seçilmişlər arasında hazırda “Bakı” klubunu çalışdıran Bülənt Korkmaz da var. Korkmaz futbolçu kimi “Qalatasaray” və Türkiyə yığmasında göstərdiyi oyunu ilə 53 müdafiəçi sırasında qərarlaşıb. Onunla yanaşı, əcnəbilərdən Frank de Bur, Georgi Popesku, Roberto Karlos, Abel Şavyer, türk futbolçulardan Alpay Özalan, Emre Aşık, İbrahim Toraman, Gökhan Gönül, Ogün Temizkanoğlu, Sərvət Çətin, Hakan Balta kimi futbolçular da siyahıda yer alıb. Daha çox məşqçi kimi tanınan Fatih Terim və Samet Aybaba da “Bakı”nın baş məşqçisi ilə bir arada yer alıb.