“Mən yalnız Jabadan yox, digərlərindən də qol gözləyirəm”
24.11.2009 - 17:19
“Bizim üçün hər bir oyun vacib və çətindir. “Xəzər-Lənkəran”la sabahkı görüş də belə olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.
Cari mövsümün gedişində komandanı qəbul edən 41 yaşlı türkiyəli mütəxəssisin növbəti sınağı Unibank Premyer Liqasının I turundan təxirə salınmış “Xəzər-Lənkəran”la səfər oyunu olacaq. Görüşə ciddi hazırlaşan “Bakı” qalib gələcəyi halda, ilk dövrəni 6-cı pillədə bitirərək, həmin mövqeni lənkəranlıların əlindən alacaq. Rəqibin gücünü qiymətləndirən Korkmaz növbəti qələbəsini qazanmaq istəyir: “Xəzər-Lənkəran” yaxşı komandadır. Mən hər bir rəqibimizin oyununu izləmişəm. “Xəzər-Lənkəran” güclü heyətdə malikdir, yaxşı gənc futbolçular var. Amma biz də son vaxtlar yaxşı oyun nümayiş etdirir, yaxşı vəziyyətdəyik”.
Proqnoz verməyi xoşlamayan Korkmaz hər bir qarşılaşmada olduğu kimi, lənkəranlılarla görüşə də 3 xal qazanmaq üçün çıxacaq: “Kim daha yaxşı oynayarsa, sonadək mübarizə apararsa, var-gücünü ortaya qoyarsa, ən əsası, qol şanslarını daha yaxşı dəyərləndirərsə, o da oyunu qazanacaq. Mən qol vurmağı təkcə braziliyalı hücumçumuz Jaba yox, bütün futbolçularımdan gözləyirəm. Hər biri fərqlənə bilər. Heyətimizdə itki Feliks Felipe Almeyda ilə bağlıdır. O, zədə üzündən oynamayacaq. Digər futbolçularımızda isə belə problem yoxdur”.

0
0