“Neftçi” təkzib etdi: Ruslan Abışov başqa klubdan təklif almayıb
24.11.2009 - 17:47
Bakının “Neftçi” klubu bəyanat yayıb. Komandanın mətbuat xidmətindən apasport.az saytına daxil olan bəyanatda müdafiəçi Ruslan Abışovla xarici klubların maraqlanması barədə yayılan xəbərlərə münasibətini bildirilib.
“Neftçi” rəhbərliyi son vaxtlar milli komandamızın heyətində də inamlı oyun göstərən, Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə Çexiya yığması ilə 3-cü yer uğrunda oyunda (2:0) başla qol vuran 22 yaşlı futbolçu ilə bağlı təklif almadıqlarını qeyd edib: “Bəyan edirik ki, Abışovla bağlı kluba hazırda heç bir rəsmi təklif daxil olmayıb. Mətbuatda bu haqda xəbərlərin yer alması hazırda bütün fikirlərini Premyer Liqanın oyunlarına cəmləyən, özünü vacib matçlara kökləyən futbolçuların psixoloji durumuna təsir göstərir. Buna görə də xahiş edirik ki, bu haqda yalnız klubdan rəsmi məlumat alasınız”.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Ruslan indiyədək yalnız bu komandada çıxış edib. O, 5 oyun keçirdiyi milli komandamızın heyətində qol hesabını Əl-Ayn şəhərində möhtəşəm qələbə qazandığımız Çexiya ilə oyunda açdı.

0
0