Əfran İsmayılov: Milli komandada biri gəlir, biri gedir...
24.11.2009 - 18:22
“Yayda mənə cəlbedici təkliflər gəlmişdi. Hətta klubuma da pul qazandıra bilərdim. Amma baş məşqçimiz Qurban Qurbanov mənim başqa kluba transfer xəbərini yaxına belə buraxmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov klubun rəsmi saytına açıqlamasında deyib.
Olimpiya yığmamızın da üzvü olan gənc futbolçu Unibank Premyer Liqasının hesabat turunda “Olimpik-Şüvəlan”la vurduğu gözəl qolla komandasına vacib qələbə (1:0) qazandırdı. Ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Turan”da keçirən İsmayılov bunu faydalı sayır: “Turan”da 6 ay oynamağımın mənə çox xeyri dəydi. Mənə inandılar. Təkrar döndüyümdə isə özünəinamım yerində idi. Digər klubların təklifini qəbul etmədiyim üçün əsla peşman deyiləm. Onsuz da mən özüm də getmək istəmirdim”.
İsmayılovun fikrincə, pul onun üçün heç vaxt birinci dərəcəli olmayıb: “Bilirəm ki, oynasam, pul öz-özünə gələcək. Yığmada işlərimiz heç də yaxşı getmir. Millidə biri gəlir, biri gedir. İnşallah, tezliklə uğursuzluq sindromundan çıxacağımıza inanıram. Milli komanda hamımız üçün bir stimul olmalıdır. Niyə də əsas yığmada oynamaq istəməyim? Əlbəttə, özümə inanıram və hər zaman dəvəti qəbul etməyə hazıram. Milli komandada “Qarabağ”ın çoxlu futbolçusu olduğunu nəzərə alsaq, mənim üçün çox rahat olar”.

0
0