“Neftçi” Respublika stadionundan çıxır
24.11.2009 - 21:09
“Neftçi” komandası Unibank Premyer Liqasının 12-ci turunda “Olimpik-Şüvəlan”ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməyəcək. Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, həmin gün mərkəzi arenada “Bakı” “Xəzər-Lənkəran”la qarşılaşacaq. “Neftçi” rəhbərliyi matçın bir gün öncə keçirilməsini istəsə də, “Olimpik-Şüvəlan” rəhbərliyi razı olmayıb. Bu səbəbdən, flaqman rəqibini yenidən İsmət Qayıbov adına Respublika stadionunda qəbul edəcək.
Lakin İsmayılov gələcəkdə “Neftçi”nin yenidən mərkəzi arenaya üz tutacağını istisna etməyib: “Bu komanda stadionumuzda keçirdiyi 3 çempionat və 1 kubok oyununu qələbə ilə başa vurub. Ona görə də “Neftçi” rəhbərliyi stadionumuzda oynamağı çox istəyir. İlin sonunadək flaqmanın daha 2 ev oyunu qalır. Yenidən müraciət etsələr, vəziyyətə uyğun qərar verəcəyik”.

0
0