Devid Bekhem astma xəstəsidir
24.11.2009 - 21:13
İngiltərə milli komandasının futbolçusu Devid Bekhem uşaqlıqdan astma xəstəsidir. Lent.az-ın məlumatına görə, bu haqda oyunçunun meneceri Simon Oliveyra “The Daily Mail” nəşrinə açıqlama verib.
Oliveyra bildirib ki, Bekhem xəstəliyin inkişafının qarşısını almaq üçün müntəzəm dərman qəbul edir. Onun fikrincə, astma müştərisinin çıxışına və oyun səviyyəsinə heç vaxt təsir etməyib.
34 yaşlı yarımmüdafiəçi sonuncu dəfə noyabrın 22-də ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun heyətində ABŞ futbol liqasının final matçında "Real Solt-Leyk"ə qarşı forma geyib. Həmin oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Nəticədə “Real Solt-Leyk” 5:4 hesabı ilə qalib gəlib. Bu qarşılaşmada 120 dəqiqə meydançada olan Bekhem burnuna astma xəstələrinin yararlandığı inqalyator taxaraq, çıxış edib. Əvvəllər o, heç vaxt bu cihazla görünməyib.

0
0