“Ruslan Abışov Avropanın ən yaxşı klublarından birində oynaya bilər”
25.11.2009 - 00:01
“Komandamızın futbolçusu ilə xarici klubların maraqlanması sevindirici haldır. Abışov təkcə “Neftçi”nin yox, millinin də əsas oyunçularından birinə çevrilib. Bunda futbolçumuzla yanaşı, klubun da əməyi böyükdür”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
Komandanın futbolçusu Ruslan Abışovun əcnəbi kluba keçəcəyi barədə yayılan xəbərlər münasibət bildirən Sadıqovun fikrincə, Avropanın ən yaxşı klublarından birində çıxış etməyə layiqdir: “Abışov başa düşür ki, ona imic qazandıran doğma klubun da mənafeyini düşünməlidir. O, peşəkar futbolçudur və hazırda bütün fikirlərini çempionatın oyunlarına cəmləyib. O, işini peşəkarcasına bilir, vətənini, klubunu sevir. Ruslan da hamımız kimi “Neftçi”nin əvvəlki nüfuzunu qaytarması üçün çalışır”.

0
0