Arda Turanın sevgilisi ilə gizli şəkilləri
25.11.2009 - 13:30
“Qalatasaray” klubunun futbolçusu Arda Turan yeni sevgilisi Sinem Koballa növbəti dəfə yaxalanıb. Apasport.az saytının məlumatına görə, bir paparatsi bu cütlüyü Romanın “Leonardo da Vinçi” hava limanında yaxalayıb.
Belə ki, dünya çempionatının pley-off oyunları ilə əlaqədar Türkiyə Superliqasında yaranmış fasilədən yararlanan Arda aktrisa sevgilisi ilə birgə İtaliyaya gəzməyə yollanıb. Onların şəkilləri isə noyabrın 16-da səhər saat 10:50-də Romadan İstanbula gəlmək üçün hava limanında gözləyərkən gizli çəkilib. Bu zaman futbolçu tez-tez başını Sinemin çiyninə qoyaraq, romantik dəqiqələr yaşayıb. Aktrisa isə ona mobil telefonda nəsə göstərib. Fotolarda “Cim Bom”un oyunçusunun hərarətdən əziyyət çəkdiyi görünür. Sinem bir neçə dəfə əlinin arxasını futbolçunun alnına qoyaraq, onun hərarətinin olub-olmadığını yoxlayıb. Məhz İtaliya səfərindən sonra Arda Turanda “donuz qripi”nə aşkarlanıb və yaşıl meydanlardan bir neçə gün kənarda qalıb.
Xatırladaq ki, cütlük aralarındakı isti münasibəti həmişə təkzib edib. İlk dəfə bu ilin martında bir tədbirə qatılan Arda və Sinem sevgili olmadıqlarını dəfələrlə söyləyiblər. “Biz yoldaşıq” deyən futbolçu 8 ay öncə hətta belə ifadə də işlətmişdi: “Sinemin keçmiş sevgilisi Mustafa Sirmen mənim yaxın yoldaşımdır. Dostunun sevgilisinə baxan insanlardan deyiləm. Belə şey bizə yaraşarmı?” İtaliya gəzintisi isə Arda ilə Sinemin sevgili olması barədə iddiaları yenidən gündəmə gətirib.

0
0