Nə “Xəzər-Lənkəran” qazandı, nə də “Bakı” - YENİLƏNİB
25.11.2009 - 18:39
Nə “Xəzər-Lənkəran” qazandı, nə də “Bakı” - YENİLƏNİB
Bu gün Unibank Premyer Liqasında I dövrəyə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, müxtəlif səbəblərdən 2 dəfə baş tutmayan “Xəzər-Lənkəran” – “Bakı” qarşılaşması tərəflər üçün qələbə baxımından çox vacibdir.

Meydan sahibləri 3 xal qazanacaqları təqdirdə, turnir cədvəlində birdən-birə 2 pillə sıçrayış etməklə 4-cü yerə yüksələcək. Son ölkə çempionu “Bakı” isə qələbə qazanmaqla, I dövrəni “altılığ”a düşməklə başa vuracaq. Üstəlik, komandanın türkiyəli baş məşqçisi Bülənt Korkmaz 41 yaşını haqladı və futbolçular bu münasibətlə ona hədiyyə kimi qələbə bəxş etmək fikrindədir.

17:00. "Xəzər-Lənkəran" - "Bakı" - 1:1
QOLLAR: Mario Souza, 47 - Əhməd Ticani, 45
Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: Azər Əsgərov, Azər Məmmədov, Əfqan Həmzəyev
Lənkəran. Mərkəzi stadion

“Xəzər-Lənkəran”: Kamran Ağayev (k), Denis Silva, İvan Pexa, Radomir Todorov, Ruslan Poladov, Devran Ayhan, Junior Osvaldo, Mario Souza, Nizam Hacıyev, İvan Svetkov, Denis Kalinkov

“Bakı”: Marko Şarliya, Aleksey Savinov, Stefan Bates, Mihay Pank, Ernad Skuliç, Vadim Borets, Fabio Luis Ramim (k), Aleksandar Soliç, Əhməd Ticani, Bəxtiyar Soltanov, Georgi Adamiya

“Xəzər-Lənkəran” – “Bakı” oyununda ilk yarım saat arxada qalıb. Görüş əvvəl dayandırıldığı vaxtdan, yəni 11-ci dəqiqədən davam etdirildiyi üçün birinci hissə sona yaxınlaşmaqdır. “Bakı” səfərdə oynamasına baxmayaraq, daha yaxşı təsir bağışlayır. Bülənt Korkmazın yetirmələri turnir cədvəlində 6-cı pilləni “Xəzər-Lənkəran”ın əlindən almaq üçün yalnız qələbəyə köklənib. Ancaq hələ ki qapılar qarşısında real təhlükəli vəziyyət yaradılmayıb.

Qonaqlar hesabı açır. Əhməd Ticani ilk yarının son dəqiqəsində cinah ötürməsini dəqiq baş zərbəsi ilə tora salır.


“Xəzər-Lənkəran”ın ilk hissədən sonra hesabda geri düşməsi azarkeşlərin narazılığına səbəb olub. Çılğın lənkəranlı fanatlar arasında tribunalarda qarşıdurma yaranıb. Polisin müdaxiləsindən sonra azarkeşlər sakitləşdirilib. Komandalar isə ikinci hissədə mübarizəni davam etdirmək üçün meydana daxil olub.

Meydan sahibləri 47-ci dəqiqədə hesabı bərabərləşdirməyə nail oldu. Künc zərbəsindən sonra İvan Pexanın baş zərbəsindən sonra top nəzarətsiz qalan Mario Souzaya istiqamətlənib. Braziliyalı hücumçu əlverişli imkanı qaçırmayaraq, başla topu qapıdan keçirib – 1:1.

Hər iki komandanın səylərinə baxmayaraq, hesab dəyişmir. Bir xalla kifayətlənmək istəməyən rəqiblər xoşbəxtliyini əks tərəfin qapısında axtardığından təhlükəli vəziyyətlər bir-birini əvəz edir. Lakin hələ ki, qapıçılar daha inamlı oynayır. Gərgin mübarizə hər iki komandanın orta sahəsində yeni qüvvəyə zərurət yaratdığından baş məşqçilər dəyişikliklərlə yarımmüdafiə xəttini gücləndirir. Final fitinə yarım saat qalmış Bülənt Korkmaz Bəxtiyar Soltanovu Cəmşid Məhərrəmovla, Ağasəlim Mircavadov isə Juninyonu Rahid Əmirqulıiyevlə əvəzləyir.

Oyun başa çatdı.

1

"İnter"

11

7

2

2

22-12

23

2

"Simurq"

11

7

2

2

15-9

23

3

"Qarabağ"

11

7

2

2

10-5

23

4

"Qəbələ"

11

6

2

3

15-13

20

5

"Neftçi"

11

6

1

4

10-7

19

6

"Xəzər-Lənkəran"

11

5

4

2

13-6

19

7

"Bakı"

11

5

2

4

8-7

17

8

"Olimpik-Şüvəlan"

11

3

3

5

11-15

12

9

"Turan"

11

3

2

6

14-16

11

10

"Muğan"

11

3

2

6

7-16

11

11

"Karvan"

11

1

2

8

10-17

5

12

"Standard"

11

0

2

9

8-20

2