Ramzan Kadırov Şahin Diniyevin erməniyə məğlub olmasına qiymət verdi
25.11.2009 - 14:15
Çeçenistan hökuməti “Terek” klubunun baş məşqçisi Şahin Diniyevin fəaliyyətinə qiymət verib. Apasport.az saytının məlumatına görə, Rusiya Premyer Liqasının sonuncu turunda Qroznıda erməni Poqos Qalstyanın çalışdırdığı Krasnodar “Kuban”ına uduzan (0:1) həmyerlimiz respublika başçısı, klubun prezidenti Ramzan Kadırovdan dəstək alıb.
Kadırov başda olmaqla, rəhbərlik Diniyevin “Kuban”la görüşdə şans verdiyi gənc futbolçuların oyunundan razı qalıb. Məşqçimizin gənclərə güvənməsini təqdirəlayiq hal hesab edən ölkə rəhbərliyi onların müəyyən məqsəd əldə etməsi üçün çalışmasını, mübariz olmasını, oyuna köklənməsini xüsusilə qeyd edib. Diniyev və yetirmələrinə təsəlli verən rəhbərliyin fikrincə, krasnodarlılarla görüşdə uğur qazanmağa gənc futbolçuların təcrübəsinin çatışmaması mane olub.
Göründüyü kimi, həmyerlimiz “Terek”i meydana çıxardığı 4 görüşün hamısında uduzsa da, hətta futbolçulardan qol görməsə də, rəhbərliyin gözündən düşməyib. Diniyevi bu vəzifəyə təyin edən Kadırov ona hələ də güvəndiyini nümayiş etdirib.
Turnir cədvəlində 11-ci yerdə qərarlaşan “Terek” sonuncu turda Nalçikdə yerli “Spartak”la oyuna Kislovodskda hazırlaşır. Artıq yığma üzvlərini də sərəncamında görən Diniyev argentinalı Ektor Brakamonte, əlindən əməliyyat olunan braziliyalı Kleber, hələ qripdən sağalmayan rumınlar – Daniel Panku ilə Florentin Petrenin xidmətindən məhrum olub. Məşqçimiz Nalçikdə çeçen futbolunun yetirmələrinə, vaxtilə “Terek”in gənclərdən ibarət komandasında rəhbərliyi altında oynayan bir sıra futbolçulara şans verəcək. Həmin gənc futbolçulardan yalnız İslam Tsuroyev oynamayacaq ki, bu da onun “Kuban”la görüşdə aldığı zədə ilə bağlıdır.
“Spartak” – “Terek” oyunu noyabrın 29-da keçiriləcək.

0
0