“Standard” yubileyə hazırlaşır
25.11.2009 - 15:09
“Standard” yubileyə hazırlaşır
Azərbaycan çempionatının XII turunun “Standard” – “Muğan” oyunu meydan sahibləri üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Sumqayıt təmsilçisi tarixində 100-cü rəsmi matça çıxacaq.

2006-cı ilin yayında yaranan və bir mövsüm “Arsenal” adı altında mübarizə aparan paytaxt təmsilçisi bu ilin yayınadək Bakını təmsil edirdi. Bir sözlə, tarixinin ilk mövsümünü Bakı “Arsenal”ı, növbəti 2 ilini paytaxt “Standard”ı kimi keçirən komanda tarixinin 4-cü ilini Sumqayıtın təmsilçisi kimi səhnəyə çıxıb. Bu üç müxtəlif dönəmlərdə üst-üstə 99 matç keçirən komanda ölkə çempionatının I dəstəsi, güclülər dəstəsi və kubok yarışlarında çıxış edib.

“Standard” 99 oyunluq məsafəni nə az, nə çox 7 baş məşqçi ilə qət edib. Klubun tarixinə ilk baş məşqçi kimi düşən Vladislav Qədirov, həmçinin Yunis Hüseynov, Kaxaber Sxadadze, Badri Kvaratsxeliya, Rafiq Mirzəyev (müvəqqəti icra edib), Valdas İvanauskas və Böyükağa Hacıyev yarımada təmsilçisinə rəhbərlik edib.

mövsüm

turnir

o

q

h

m

t

x

2006/07

I dəstə

24

16

4

4

42-13

52

 

Kubok

2

0

0

2

1-9

0

2007/08

Güclülər dəstəsi

26

8

8

10

36-26

32

 

Kubok

6

4

0

2

10-5

12

2008/09

Güclülər dəstəsi

26

12

3

11

30-31

39

 

Kubok

2

0

1

1

3-4

1

2009/10

Güclülər dəstəsi

11

0

2

9

8-20

2

 

Kubok

2

1

1

0

3-1

4

Cəmi

Güclülər dəstəsi

63

20

13

30

74-77

73

 

I dəstə

24

16

4

4

42-13

52

 

Kubok

12

5

2

5

17-19

17

Yekun

 

99

41

19

39

133-119

 


Qeyd edək ki, “Standard” – “Muğan” qarşılaşması noyabrın 29-da keçiriləcək.