Jaba “Xəzər-Lənkəran”la oyuna buraxılmadı
25.11.2009 - 15:32
Unibank Premyer Liqasının I turundan təxirə salınan “Xəzər-Lənkəran” – “Bakı” qarşılaşmasına qonaqlar ciddi itki ilə çaxacaq. Apasport.az saytının məlumatına görə, ölkə çempionu son turlar komandanın xilaskarına çevrilən Jabanın xidmətindən məhrumdur.
Braziliyalı hücumçunun bu gün Lənkəranda keçiriləcək qarşılaşmada oynaya bilməməsinə səbəb onun cəzalı olmasıdır. Lakin bu cəza son turlarda yox, mövsümün ilk görüşündən qalıb.
Belə ki, “Bakı”nın cari mövsümdəki ilk oyununda – “Simurq”la sentyabrın 12-də baş tutan matçından sonra qırmızı vərəqə alan Jaba cəzaya məruz qalmışdı. Həmin vaxt 1 oyunluq kənarlaşdırılan cənubi amerikalı sentyabrın 16-da Lənkəranda keçirilən oyunu buraxmalı idi. Həmin gün baş tutan “Xəzər-Lənkəran” – “Bakı” görüşünün cəmi 11 dəqiqə çəkməsi isə cəzanın sona çatmamağına səbəb olub. Növbəti turda meydana çıxan Jaba cəzasını bitirmək üçün məhz həmin qarşılaşmanın davam etdirilməsini gözləməli idi. İndi braziliyalı 70 gün əvvəl 11 dəqiqə sürən cəzanın davamını çəkməlidir.
Xatırladaq ki, “Bakı” son 2 turda məhz Jabanın qolları ilə həm “Karvan”, həm də “Muğan”ı 1:0 hesabı ilə məğlub etmişdi.

0
0