Türk futbolunun canlı əfsanəsi Azərbaycandan dəvət alıb
25.11.2009 - 15:45
Türk futbolunun canlı əfsanəsi Azərbaycandan dəvət alıb
Türkiyə futbolunun canlı əfsanəsi Tanju Çolak Azərbaycandan dəvət alıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” və “Fənərbaxça” klublarında çıxışı ilə məşhurlaşan 46 yaşlı veteran hücumçuya ölkəmizdə idman məktəbi açmaq təklif edilib. Hazırda Çolak İzmir şəhərində İdman Akademiyasının rəhbərdir.

“Türkiyədə Tanju Çolak İdman Məktəbləri adlı bir zəncir olacaq. İlk təməli Samsun şəhərində atdım. Samsunlu olduğum üçün oradan yola çıxdım. Keçən həftə Kiprdə idim. Orada bir şöbə açdım. İndi İstanbulda bir şöbə açmağı planlaşdırıram. Azərbaycan və Antalyadan da belə istək var” – deyə Çolak bildirib.

Qeyd edək ki, Türkiyə Superliqasında 240 qol vuran Tanju bu göstəricidə 2-ci futbolçudur.