Elmar Baxşıyev: Əgər hansısa komandaya göndərilməsəm...
25.11.2009 - 16:37
“Hazırda xidmətimi Şəkidə davam etdirirəm. Deyilənə görə, dekabrın sonunda karantində olduğum Mingəçevirdəki hərbi hissəyə qayıtmalıyam. Gələcək karyeramla bağlı isə hələ bir şey müəyyənləşməyib”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının yarımmüdafiəçisi Elmar Baxşıyev deyib.
Bakının “Neftçi” klubunun 29 yaşlı futbolçu ötən ay hərbi xidmətə çağırıldı. “Neftçi” və AFFA rəhbərliyinin daim diqqət mərkəzində saxladığı Elmar tezliklə yaşıl meydana qayıtmağı çox arzulasa da, bu, hələ reallaşmır: “Hərbi hissədə futbol oynasaq da, təbii ki, həmin səviyyə deyil. Peşəkar səviyyədə çıxışımı davam etdirmək istəsəm də, bu, indi məndə asılı məsələ deyil. Çünki hərbi xidmətimi çəkir, vətən qarşısında borcumu yerinə yetirirəm. Əsgərlikdə olduğum müddətdə milli komandamızın baş məşqçisi Berti Foqtsla əlaqəm olmayıb. AFFA-nın baş katibi Elxan Məmmədovla isə mütəmadi əlaqə saxlayırıq. Onun dediyinə görə, mənimlə bağlı iş gedir. Bunun nəticəsini gözləyir və ümidimi itirmirəm. Əgər hansısa komandaya göndərilməsəm, bir il hərbi xidmətimi çəkməli olacağam. Sözsüz ki, bir il oynamamaq futbolçuya mənfi təsir göstərir. Ancaq indiki vəziyyətdə başqa əlacım yoxdur”.
Xəzər Universitetini bitirən Baxşıyev ali təhsilli əsgər kimi qanunvericiliyə görə bir il xidmət çəkməlidir: “Mən bölgüyə əsasən minaatıcı tabora düşmüşəm. İki dəfə poliqona aparılmışam və atəş açmışam. Səhər saat 6-da yuxudan oyanmaq mənim üçün çətin deyil. Hər halda, buna öyrənmişəm”.

0
0