Onun yolunda qurban verməyə dəyərmi? - FOTOSESSİYA
25.11.2009 - 16:53
Onun yolunda qurban verməyə dəyərmi? - FOTOSESSİYA
Əbəs yerə demirlər ki, sevgi qurban tələb edir. “Mançester Yunayted”in 18 yaşlı futbolçusu Federiko Maşeda da məhz bu deyimə əsaslanıb. Özündən 2 yaş böyük model Sofi Larissa Hautona vurulan italiyalı hücumçu sevgilisinin Liverpul şəhərindən olmasına göz yumub. Axı, Liverpulun eyni adlı komandası “Mançester Yunayted”in əzəli rəqibidir.

Bunu nəzərə almayan Maşeda Sofiyə bir könüldən min könülə aşiq olub. Gənc futbolçu öncə tanışlıq saytlarının birində bu modelin şəkillərini görüb. Az bir müddətdən sonra onların virtual ünsiyyəti real tanışlığa çevrilib. Hazırda “2009-cu il qitələrarası gözəllik müsabiqəsi”nə hazırlaşan Sofi televiziya, musiqi və film sahələrində də özünü sınamaq niyyətindədir.