Şenol Günəş istefaya göndərildi
25.11.2009 - 17:02
Şenol Günəş istefaya göndərildi
Tanınmış türkiyəli mütəxəssis Şenol Günəş “Seul” klubunun baş məşqçisi postundan istefa verib. Apasport.az saytının məlumatına görə, Cənubi Koreyada 3 illik fəaliyyətini başa vuran 57 yaşlı məşqçi vətəninə dönüb. O yaxın vaxtlarda “Trabzonspor” klubuna rəhbərlik edəcək.

Günəş məhz “Trabzonspor”dan “Seul” klubuna sükanı arxasına keçsə də, uğur qazana bilmədi. Belə ki, seullular arxada qalan 3 ildə onun rəhbərliyi altında çempionluğa həsrət qaldılar. Klub rəhbərliyi anlaşmanın müddətini gözləyərək, türkiyəli mütəxəssisə yeni müqavilə təklif etməyib: “Mən gedirəm, ancaq “Seul”un fanatları və Cənubi Koreyada keçirdiyim dövrü heç vaxt unuda bilmərəm. Biz birlikdə çox şeydən keçdik. Ancaq əminəm ki, “Seul” gələn mövsümdə güclənərək, ölkə çempionu olacaq”.

Günəş Türkiyə milli komandasına uğurlu işi ilə yadda qalıb. “Ay-ulduzlular” onun rəhbərliyi altında 2002-ci il dünya çempionatının bürünc mükafatını qazanıb.