Bülənt Korkmaz: Bu gün komandamın əsl səfər oyununu izlədim
25.11.2009 - 20:45
Unibank Premyer Liqasının I turundan təxirə salınmış “Xəzər-Lənkəran” – “Bakı” qarşılaşmasından sonra komandaların baş məşqçiləri mətbuat konfransı keçirib.
Apasport.az saytının xəbərinə görə, 1:1 hesabı ilə nəticələnən oyun haqda fikirlərini bildirən meydan sahiblərinin çalışdırıcı Ağasəlim Mircavadov qeyd edib ki, komandası meydana qələbə üçün çıxsa da, sonda 1 xalla kifayətlənib: “Bu gün 3 xal üçün meydana çıxmışdıq. Təəssüf ki qalib gələ bilmədik. Həftəsonu bizi daha çətin qarşılaşma gözləyir. Qarşıdakı oyunlarda daha yaxşı nəticə almağa çalışacağıq”.
“Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz isə matçın maraqlı keçdiyini söyləyib: “Çox maraqlı oyunun şahidi olduq. Bu gün komandamın əsl səfər oyununu izlədim. Jabanın yoxluğunu hiss etdirmədiyi üçün Ticaniyə minnətdaram. Təqvimin sıxlığı üzündən bazar günü daha bir oyuna çıxmalıyıq”.

0
0