Ruslan Abışova göz dəydi
26.11.2009 - 00:01
“Olimpik-Şüvəlan”la oyuna hazırlaşan “Neftçi” klubunun heyətində zədəli futbolçuların sayı artıb. Apasport.az saytının xəbərinə görə, Zaur Tağızadə ilə Andrey Stepanov “İnter”lə görüşü məhz bu üzdən buraxmışdılar. Həmin oyunun qəhrəmanlarından olan Ruslan Abışovun sol budunun iç əzələsi dartılıb. O hazırda müalicə olunur. Kəskin respirator infeksiyası diaqnozu ilə xəstələnən Nazar Bayramovun isə qızdırması var. Suat Ustanın bel-oma radikulitindən, Andrey Stepanovun isə sol bud-çanaq nahiyəsindən müalicəsi davam edir.
Üstəlik, Rəşad Abdullayev də səhər məşqində yüngül zədə alıb. Tağızadə ilə Stepanovdan fərqli, digər dörd futbolçunun “Olimpik-Şüvəlan”a qarşı oynayıb-oynamayacağı oyun günü məlum olacaq.
Üstəlik, Rəşad Abdullayev də səhər məşqində yüngül zədə alıb. Tağızadə ilə Stepanovdan fərqli, digər dörd futbolçunun “Olimpik-Şüvəlan”a qarşı oynayıb-oynamayacağı oyun günü məlum olacaq.
0
0