“Ola bilsin ki, futbolçularda arxayınçılıq yaranmışdı”
29.11.2009 - 18:32
“Oyunun çətin keçəcəyini bilirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov “Olimpik-Şüvəlan”la oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
“Neftçi” bu gün İsmət Qayıbov adına stadionda “Olimpik-Şüvəlan” klubunu qəbul edib və rəqibini müqavimətini qıra bilməyib. Sadıqov bunu futbolçuların arxayınlaşması ilə əlaqələndirib: “Ötən turda "İnter"ə qalib gəldik. Ola bilər ki, bu qələbə futbolçularda müəyyən arxayınçılıq yaratdı. Rəqibin müdafiədə gözəl oyununu da qeyd etməliyəm".
Az öncə "Olimpik-Şüvəlan" klubunun baş məşqçisi təyin edilən Nazim Süleymanov isə bildirib ki, ilk oyununda 1 xal qazandığına görə sevini: “Həm də bu, "Neftçi" kimi güclü komandaya qarşı oyunda qazanılmış xaldır. Hesabdan razıyam, lakin futbolçuların fiziki durumu istədiyim kimi deyil".

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0