“Mançester Yunayted”in rekorduna son!
26.11.2009 - 10:31
İstanbul klubları “Mançester Yunayted”in kabusuna çevrilib. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” və “Fənərbaxça”nın ardınca, “Beşiktaş” da “qırmızı şeytanlar”ın tarixində qara iz buraxıb. UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turu çərçivəsində məşhur “Old Trafford” stadionunda tarixi qələbə qazanan (1:0) “qara qartallar” eyni zamanda adlı-sanlı rəqibin rekordunu qırıb. Belə ki, “Mançester Yunayted” ÇL-də son 23 ev oyununda uduzmurdu. Sonuncu dəfə “Milan”a yenilən dünyanın ən varlı komandası ÇL-in cari mövsümündə qələbə üzünə həsrət qalan “Beşiktaş”a boyun əyib.
“Mançester Yunayted” digər İstanbul klublarından ağır zərbələri ötən əsrin 90-cı illərində alıb. 1993-cü ildə ÇL-də ingilislərlə hər iki oyunda heç-heçə edən (0:0; 3:3) “Qalatasaray” səfərdə vurulan qolların sayəsində mərhələ adlayıb. “Mançester Yunayted”in bundan 3 il sonra doğma meydanda “Fənərbaxça”ya məğlubiyyəti (0:1) tarixində ən böyük uğursuzluqlarından biri sayılır. Bosniyalı hücumçu Elvir Boliçin “Old Trafford”da vurduğu möhtəşəm qolla qələbə qazanan “sarı-lacivərdlilər” bununla da, titullu rəqibinin evdə avrokuboklarda 40 illik məğlubiyyətsiz oyunlar seriyasına son qoymuşdu. Təcrübəli qapıçı Rüştü Rəncbər həmin vaxt 23 yaşında “Fənərbaxça”nın qələbəsində iştirak edib. 13 illik fasilədən sonra “Old Trafford”da yenə xariqələr yaradan Rüştünün bu dəfə “Beşiktaş”ın uğurunda ən çox əməyi keçib. Aleks Ferqyusonun 1986-cı ildən “Mançester Yunayted”in baş məşqçisi olduğunu nəzərə alsaq, istanbullulardan hər 3 ağır zərbəni məhz bu mütəxəssis alıb. Şotland məşqçinin türkiyəli həmkarı Mustafa Dənizli isə ÇL-də ilk qələbəsini “Beşiktaş”da qazanıb.
Qeyd edək ki, “Mançester Yunayted” ilə ÇL-də yalnız Türkiyənin İstanbul şəhərini təmsil edən klublar görüşüblər. “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”la qarşılaşmış “qırmızı şeytanlar” 9 oyunun 4-də qələbə qazanıb, 3-də heç-heçə edib, 2-də uduzub. Topların fərqi Ferqyusonun komandasının xeyrinədir: 16-9.

0
0