“O şimdi asker, canı neler ister”
26.11.2009 - 11:00
Deyəsən, Türkiyənin tanınmış müğənnisi Tuğba Ekinci “Beşiktaş”ın futbolçusu Mateo Ferrariyə vurulub. “O şimdi asker, canı neler ister” mahnısı ilə populyarlıq qazanan xanımın son hərəkətləri bunu deməyə əsas verir. Belə ki, Tuğba ötən həftə “Beşiktaş”ın “Fənərbaxça” üzərində 3:0 hesablı qələbəsindən sonra Ferrariyə zəng vurub. İtaliyalı müdafiəçini təbrik edən pop ulduz ona maraqlı təklif də göndərib.
“Ferrarinin klipimdə çəkilməsini istəyirəm. Bu yaxınlarda işıq üzü görəcək albomun birinci klipində Nazan Öncel çəkilib. İkinci klipdə isə Mateonun kamera qarşısına keçməsini istəyirəm. Ferrari təklifimin xoşuna gəldiyini söylədi. Ümidvaram ki, “Beşiktaş” rəsmiləri ona icazə verəcəklər” - deyə Ekinci vurğulayıb.
Bununla yanaşı, Tuğba futbolçu ilə eşq macərası yaşamadığını da söyləyib: “Ferrari çox yaraşıqlı insandır. Onu ilk dəfə görəndə elə bildim ki, manekendir. Hansısa futbolçu ilə sevgili olmağım ehtimalı azdır. Onunla yaxşı yoldaş ola bilərik”.

0
0