20 yaşlı futbolçuların dünya çempionatı Bakıda keçiriləcək!?
26.11.2009 - 11:16
Dünya çempionatının final mərhələsi Azərbaycanda keçirilə bilər. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, 2011 və 2013-cü illərdə keçiriləcək çimərlik futbolu üzrə dünya birinciliyinə iddia edən ölkəmiz daha iki yarışa ev sahibliyi etmək istəyir. Belə ki, assosiasiya 17 və 20 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün də namizədliyini irəli sürüb. Bu turnirlər 2012-ci ildə baş tutacaq.
Qeyd edək ki, indiyədək Azərbaycanın heç bir futbol yığması final mərhələsində oynamadığından təşkilatçı kimi qatıla biləcəyimiz turnir həm də bu mənada birinci ola bilər.
Qeyd edək ki, indiyədək Azərbaycanın heç bir futbol yığması final mərhələsində oynamadığından təşkilatçı kimi qatıla biləcəyimiz turnir həm də bu mənada birinci ola bilər.
0
0