Ermənilər hələ də “Neftçi”dən danışır: Çoxlarında kişilik hissi yoxdur
26.11.2009 - 15:04
Ermənistan futbolunun Azərbaycandan geridə qalması işğalçı ölkədə müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, hətta incəsənət nümayəndələri də buna biganə qalmayıb və SSRİ-nin əməkdar artisti Sos Sarkisyan ölkə çempionu “Pünik” komandasının bizimkilərdən qorxmasını həzm edə bilmir.
Məlum olduğu kimi, 2006-cı ilin yanvarında “Birlik kuboku”nun yarımfinalında qorxudan “Neftçi” ilə oyuna çıxmayan “Pünik” bu dəfə “Bakı”nın iştirak edəcəyi turnirə qatılmaqdan imtina etdi. İrəvan təmsilçisi süni örtüklü meydançada oynamaq istəmədiyini bəyan etsə də, bu, bəhanədən başqa bir şey deyil.
Moskvada yaşayan Sarkisyan azərbaycanlı, türk futbolçulara uduzmağı qəbul edə bilmir: “Yaxınlarda Bursada Türkiyə yığmasına 0:2 hesabı ilə uduzduq. Meydana çıxan hər bir futbolçumuz başa düşməlidir ki, məğlub olmaq üçün oynamır. Meydana elə başıaşağı çıxmışdılar ki, sanki yenilməyə məhkumdurlar. Bu isə ondan irəli gəlir ki, indiki vaxtda çoxlarında kişilik hissi yoxdur. Maymaqlar! İti qaçırlar, yaxşı fənd göstərirlər, ancaq meydana qələbə qazanmamaq üçün çıxırlar. Onlara rəqibin nüfuzu təzyiq edir. Vaxtilə “Ararat” nə Tiflisdə, nə də Bakıda uduzurdu. İndi isə Moskvadan “Neftçi” ilə oyundan qaçırlar... Bu, utandırıcıdır”.
Ölkə çempionatlarının zəif olduğunu deyən Sarkisyan maraqlı iddia ilə çıxış edib: “Gürcülər də təkbaşına heç nə edə bilmirlər. Onların çempionatında gərginlik yoxdur. SSRİ tipli çempionat lazımdır ki, bütün respublikalar iştirak etsin. Təklif edirəm ki, Avroliqa, Çempionlar Liqası kimi Yaxın Şərqi Liqa yaradılsın. Orada Ermənistan, Gürcüstan, Azərbaycan, İran, Türkiyə, Suriyanın ən yaxşı komandaları iştirak etsin... Onda futbolumuzun həm səviyyəsi, həm də nüfuzu qalxacaq”.
Qeyd edək ki, Azərbaycan komandaları müstəqillik dönəmində nə futbolda, nə də futzalda ermənilərə uduzub.

0
0