Mirça Luçesku ilin ən yaxşı məşqçisi seçildi - FOTO
26.11.2009 - 15:35
Mirça Luçesku ilin ən yaxşı məşqçisi seçildi - FOTO
Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku növbəti mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, Rumıniyada ilin ən yaxşı məşqçisi seçilən mütəxəssis ona veriləcək mükafatı alıb.

Onunla yanaşı, ilin futbolçusu seçilən Razvan Rats da Ukraynadan vətəninə yollanıb. Buxarestdə təşkil olunan təntənəli mərasimə məşhur Stiven Siqal da təşrif buyurub. Yaratdığı Niko obrazı ilə dünya şöhrəti qazanan Hollivud ulduzu ilin futbol laureatlarının mükafatlarını da özü təqdim edib.

Qeyd edək ki, Rumıniyada ən yaxşılar jurnalistlər arasında keçirilən sorğuya əsasən müəyyənləşir.