II dövrə başlayır: “Xəzər-Lənkəran” çempiona qarşı
27.11.2009 - 00:00
II dövrə başlayır: “Xəzər-Lənkəran” çempiona qarşı
Bu gün Unibank Premyer Liqasında II dövrənin startı veriləcək. Apasport.az məlumatına görə, son illərdən fərqli bu dəfə dövrlərarası fasilə çox qısa, cəmi bir həftə oldu. Bu da cari çempionatın yeni sistemdə, yəni 4 dövrədən ibarət olması ilə bağlıdır. Adətən II dövrənin mövsümün startından sonrakı ildə, fevral-mart aylarında başlamasına adət etmişik. Ancaq indi çempionat “altılıq” sistemi ilə keçirilir və ən əsası, oyunların sayı çox olduğu üçün təqvim sıxlaşdırılıb.

Təqvimə əsasən II dövrədə 6 tur keçiriləcək və komandalar dekabrın 27-də 40 günlük qış fasiləsinə çıxacaq. “Transfer pəncərəsi” də həmin vaxt açılacağından, Premyer Liqa iştirakçıları bu ili hazırkı heyətlə başa vurmalıdır və yeni futbolçu sifariş edə bilməzlər. Ancaq əvvəl dövrlərarası fasilədə bu baxımdan vəziyyət tam fərqli idi.

“Altılıq”da “qızıl xallar”ın əsas götürüləcəyini nəzərə alsaq, komandalar II dövrədə rəqibləri ilə oyunlardakı nəticəyə xüsusi diqqət yetirməlidir. Bu mənada XII turda “Simurq”la “Qəbələ”, “Bakı” ilə “Xəzər-Lənkəran”ın, “Standard”la “Muğan”ın görüşü daha çox maraq doğurur. İlk iki cütün iştirakçıları birinci “altılığ”a düşməyə çalışırsa, “Standard”la “Muğan” Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Adətən evdə yaxşı oynayan “Simurq” “Qəbələ”dən ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmalıdır.

Təqvimə görə, çempionatdakı görüşlərini 4 gün ərzində keçirməli olan “Bakı” ilə “Xəzər-Lənkəran” bu dəfə münasibətlərini Tofiq Bəhramov adına Respublika stadionunda ayırd edəcək. İki gün öncə Lənkərandan sərfəli nəticə ilə dönən son ölkə çempionu “Xəzər-Lənkəran”ı evdə yenərsə, həm turnir cədvəlində 6-cı pilləni onun əlindən alacaq, həm də şəxsi oyunlarda rəqibindən üstün olacaq.

27 noyabr

“Qarabağ” – “Turan”

Ağdam. Quzanlı qəsəbə stadionu
İlk dövrədəki oyun – 2:1

28 noyabr

“Simurq” – “Qəbələ”

Zaqatala. “Simurq” stadionu
İlk dövrədəki oyun – 1:2

29 noyabr

“Bakı” – “Xəzər-Lənkəran”

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:1

“Karvan” – “İnter”
Yevlax. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:1

“Neftçi” – “Olimpik-Şüvəlan”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk dövrədəki oyun – 1:0

“Standard” – “Muğan”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 0:1

1

"İnter"

11

7

2

2

22-12

23

2

"Simurq"

11

7

2

2

15-9

23

3

"Qarabağ"

11

7

2

2

10-5

23

4

"Qəbələ"

11

6

2

3

15-13

20

5

"Neftçi"

11

6

1

4

10-7

19

6

"Xəzər-Lənkəran"

10

5

3

2

12-5

18

7

"Bakı"

10

5

1

4

7-6

16

8

"Olimpik-Şüvəlan"

11

3

3

5

11-15

12

9

"Turan"

11

3

2

6

14-16

11

10

"Muğan"

11

3

2

6

7-16

11

11

"Karvan"

11

1

2

8

10-17

5

12

"Standard"

11

0

2

9

8-20

2


Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 6.