Unibank Premyer Liqasının ən intizamsız futbolçuları bəlli oldu
26.11.2009 - 16:17
Unibank Premyer Liqasının ən intizamsız futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempionatın I dövrəsində ən çox vərəqə alan oyunçuların adları bəllidir. Siyahıya Azərbaycan milli komandasının sabiq futbolçuları Ramal Hüseynov və Markus Ferreyra başçılıq edir. Maraqlıdır ki, onların hər ikisi Premyer Liqanın ən zəif klubunun şərəfini qoruyur. Autsayderlərin intizamsız yarımmüdafiəçiləri hərəyə iki dəfə meydandan qovulub. “Standard”da çıxış edən Hüseynov bir halda birbaşa, digərində isə 2-ci sarı vərəqəni gördükdən sonra oyunu yarımçıq dayandırıb. “Karvan”ın milliləşən braziliyalısı isə hər iki halda 2 sarı vərəqənin ardınca, meydandan qovulub. Bundan başqa, Ramal daha 4, Markus isə 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb.
Daha 18 futbolçu komandasını pis vəziyyətdə qoyaraq, meydanı başıaşağı tərk edib. Onlar arasında da “liderlər” var. Birbaşa meydandan qovulanlardan Abdulkadir Kamara (“Olimpik-Şüvəlan”) daha 5 dəfə sarı vərəqəyə məyus olub. 5 sarı və 1 qırmızı vərəqə alan digər 2 futbolçu Kamaranın komanda yoldaşı Sergey Laşenkov və “İnter”li Mahir Şükürovdur. Onlar 2 sarı vərəqədən sonra qovulublar. Sergeylə Mahirdən cəmi bir xəbərdarlıq geri olan “Muğan”lı Ekrem Hodziç də mövsümün intizamsızı kimi fərqlənir.
Meydandan qovulmayan, lakin sarı vərəqələr “kolleksiyası” toplayanlar arasında da “qəhrəmanlar” var. Hakimlər Qoqa Berayaya (“Qəbələ”) 6, İsmayıl Məmmədov (“Karvan”) və Allan Lalinə isə (“Xəzər-Lənkəran”) 5 dəfə xəbərdarlıq ediblər.

0
0