“Neftçi”dən incik ayrılmış futbolçu “Neftçi”yə qarşı
26.11.2009 - 16:58
Bakının “Olimpik-Şüvəlan” klubunun yeni baş məşqçisi Nazim Süleymanov 4 illik fasilədən sonra milli çempionatımıza qayıdır. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı bu vəzifədə ilk görüşünü doğma komandaya, tanış simalara qarşı keçirəcək. Belə ki, “Olimpik-Şüvəlan” Unibank Premyer Liqasının ikinci dövrəsinin ilk turu çərçivəsində bazar günü İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Neftçi” klubunun qonağı olacaq.
Futbolçu karyerasında ilk addımlarını “Neftçi”də atmış Süleymanov 1983-90-cı illərdə bu komandada çıxış edib (177 oyun, 27 qol). 1990-cı ildə Rusiyaya yollanan hücumçu flaqmandan incik ayrıldığını, hətta vətənindən qovulduğunu müsahibələrində gizlətməyib. O, Azərbaycan milli çempionatında heç vaxt çıxış etməyib. Hətta iki müxtəlif dövrdə çalışdırdığı “Xəzər-Lənkəran”ın baş məşqçisi qismində “Neftçi” ilə görüşmək ona nəsib olmayıb.
Prinsipiallığı artıran məqamlardan biri də rəqibin baş məşqçisi Vaqif Sadıqovun Süleymanova çox yaxşı tanış olmasıdır. Sadıqov Süleymanovla “Neftçi”də bir yerdə oynayıb, daha sonra milli komandamızda onun baş məşqçisi olub. Hücumçu yığmada Sadıqovun rəhbərliyi altında 10 matç keçirib, 1 qol vurub və kapitan sarğısını daşıyıb. Maraqlıdır ki, Süleymanovun milli komandamızdakı sonuncu oyunu - Lixtenşteyn yığması ilə Vaduts şəhərindəki görüş (14 oktyabr 1997-ci il) hər iki futbol adamı üçün “qara tarix” kimi yadda qalıb. “Cırtdan ölkə”nin təmsilçilərinə 1:2 hesablı məğlubiyyətin ardından Süleymanov yığma karyerasını bitirib, Sadıqov isə istefa verib.
“Olimpik-Şüvəlan”ın yeni çalışdırıcı üçün rəqib düşərgədə yaxşı tanış futbolçular da var. Söhbət Süleymanovun dövründə “Xəzər-Lənkəran”da oynamış yarımmüdafiəçi Rəşad Abdullayev və hücumçu Samir Əliyevdən gedir. Hər iki futbolçu “Xəzər-Lənkəran” yaranan vaxtda, yəni 2004-cü ilin yayında onun təşəbbüsü ilə komandaya cəlb olunub. Əliyevin iSüleymanovun başçılığı altında Lənkəran təmsilçisində çıxışı çox uğurlu alınıb. Təsadüfi deyil ki, “Xəzər-Lənkəran” bu mütəxəssisin dövründə vurduğu 32 qoldan 14-ü Samirin payına düşür. Süleymanovun vaxtında dubl və het-trik etmiş hücumçu kapitan sarğısını da daşıyıb.
Qeyd edək ki, “Neftçi” ilk dövrənin son turunda lider “İnter”i məhz sonradan meydana çıxan Samirin vurduğu qələbə topu sayəsində üstələyib – 2:1.

0
0