“Bakı” - “Xəzər-Lənkəran” matçı çimərlik futbolu hakiminə tapşırıldı
26.11.2009 - 17:05
“Bakı” - “Xəzər-Lənkəran” matçı çimərlik futbolu hakiminə tapşırıldı
Unubank Premyer Liqasında ikinci dövrənin ilk turuna hakim təyinatları açıqlanıb. Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, turun mərkəzi oyunu olan “Bakı” - “Xəzər-Lənkəran” görüşü çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyevə tapşırılıb. Əslində, Həmzəyev bu komandaların I turdan təxirə salınmış və noyabrın 25-də Lənkəranda keçirilmiş oyuna da təyinat almışdı. Ancaq fərq burasındadır ki, o, 1:1 hesabı ilə nəticələn həmin görüşdə ehtiyat hakim funksiyasını yerinə yetirib. “Bakı” ilə “Xəzər-Lənkəran”ın qarşıdakı matçında bu vəzifəni FİFA hakimimiz Vüsal Əliyev icra edəcək.

27 noyabr
“Qarabağ” – “Turan”

Baş hakim: Rasim Məmmədov
Hakim-köməkçiləri: Vaqif Musayev, Elşən Durmuşov. Zahid Haşımov

28 noyabr
“Simurq” – “Qəbələ”

Baş hakim: Elçin Məmmədov
Hakim-köməkçiləri: Ramiz Əsədov, Eldar Nağıbəyov, Ceyhun Haşımov

29 noyabr
“Bakı” – “Xəzər-Lənkəran”

Baş hakim: Əfqan Həmzəyev
Hakim-köməkçiləri: Elman Musayev, Orxan Məmmədov, Vüsal Əliyev

“Karvan” – “İnter”
Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: Roman Vasilyev, Aydın Ələkbərov, Əmrah İbrahimov

“Neftçi” – “Olimpik”
Baş hakim: Rövşən Əhmədov
Hakim-köməkçiləri: Samir Hacıyev, Azad Q.Hüseynov. Zöhrab Əliyev

“Standard” – “Muğan”
Baş hakim: Elnur Muradov
Hakim-inspektor: Munis Abdullayev, Aleksandr Musatkin, Rauf Cabbarov Rauf