Əsgər Abdullayevin istefası Vaqif Sadıqovu çətin vəziyyətə salıb
27.11.2009 - 00:03
“Rəqib komandada baş məşqçi dəyişəndə, istər-istəməz qeyri-müəyyənlik olur. Əvvəlki çalışdırıcının komandasının oyununu təhlil etdiyin halda, sonrakı mütəxəssis fərqli oyun üslubuna üstünlük verə bilər. Bu mənada növbəti rəqibimiz “Olimpik-Şüvəlan”ın yeni baş məşqçisinin hansı taktika gedişlərə yol verəcəyi bəlli deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
“Olimpik-Şüvəlan”la “Neftçi” Unibank Premyer Liqasının ilk dövrəsindən fərqli, II dövrədəki görüşə başqa mütəxəssislərin rəhbərliyi altında çıxacaq. İlk dövrənin ortasında “ağ-qaralar”ın sükanı arxasına keçən Sadıqov çox yaxşı tanıdığı Əsgər Abdullayevlə görüşü gözləyirmiş. Vaxtilə elə “Neftçi”də bir yerdə oynayan, sonradan isə müxtəlif yığmalarımızda, “Şəfa” klubunda çiyin-çiyinə çalışan həmkarlar milli komandada bir-birlərini əvəzləyib. Daha doğrusu, 2002-ci ilin oktyabrında Finlandiya ilə səfərdəki rəsmi oyundan (0:3) sonra Bakıda hava limanında istefa verən Sadıqovu bu postda Abdullayev əvəzləmişdi.
Sadıqov karyerasını bitirdikdən sonra başqa sahədə çalışan, futbola qaytardığı Abdullayevin “Olimpik-Şüvəlan”dan gedişinə təəccüblənib: “İlk dövrənin gedişində baş məşqçinin istefaya göndərilməsini gözləmirdim. Bu mənada Əsgər Abdullayevin də vəzifəsindən azad edilməsi mənim üçün gözlənilməz oldu. Fikrimcə, baş məşqçilərə inanıb, fəaliyyət göstərmələrinə imkan yaratmaq lazımdır. Hər məşqçinin bacarığı, özünəməxsus oyun üslubu var. Rəqibin oyununu ayrıca təhlil edib, ciddi hazırlaşırıq. Hesab edirəm ki, baş məşqçi dəyişikliyi edən “Olimpik-Şüvəlan”la görüş bizim üçün heç də asan olmayacaq”.
Əyalətdə ardıcıl iki məğlubiyyətdən sonra uğurlu çıxış edən Sadıqovun komandası növbəti 3 xalı qazanmaq iddiasındadır. 50 yaşlı mütəxəssis vaxtilə milli komandamızda rəhbərliyi altında oynadığı “Olimpik-Şüvəlan”ın yeni çalışdırıcısı Nazim Süleymanovun məşqçilik bacarığını qiymətləndirir: “Bir yerdə oynadığım Süleymanov öz sözünü demiş futbolçularımızdan olub. Onu təcrübəli məşqçi sayıram. Hər halda, Rusiyada işləyib, “Xəzər-Lənkəran” kimi iddialı klubda çalışdırıb. Son vaxtlar olimpiya yığmamızda məşqçi işləyib. Hesab edirəm ki, Süleymanov məşqçi kimi də özünü təsdiq edir. Onun da öz futbola baxışı var. Heyətimizdə itkilər, zədəli futbolçularımız olsa belə, “Olimpik-Şüvəlan”la ev oyununa qələbə qazanmaq üçün çıxacağıq”.
Qeyd edək ki, “Neftçi” “Olimpik”-Şüvəlan”ı ilk dövrədə “Şəfa” stadionunda rumın yarımmüdafiəçisi Leonard Naydinin vurduğu qol sayəsində 1:0 hesabı ilə məğlub edib.

0
0