Nazim Süleymanov: Bir havaya oynamaq lazımdır...
26.11.2009 - 18:12
“Hər bir məşqçi üçün debüt oyunu vacib olur. Üstəlik, rəqib futbolumuzun flaqmanı “Neftçi”dir. Bu komandada SSRİ dövründə 8 il oynamışam”. Bunu apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” klubunun yeni baş məşqçisi Nazim Süleymanov deyib.
Az öncə istefa verən Əsgər Abdullayevin əvəzinə “təyyarəçilər”in yeni çalışdırıcısı təyin edilən 44 yaşlı mütəxəssis noyabrın 29-da Unibank Premyer Liqasının II dövrəsinin ilk turu çərçivəsində “Neftçi” ilə səfər oyununda debüt edəcək. Süleymanov vaxtilə onu sıralarından xaric edən komandaya qarşı kin saxlamır: “1-2 nəfərin fikri hamının fikri demək deyil. İndi xırdalamaq istəmirəm ki, konkret kimlərə görə buradan qovuldum. Buna ehtiyac da görmürəm. Vaxtilə üzləşdiyim münasibət o demək deyil ki, qəlbimdə nəsə qalıb. “Neftçi” sadəcə, sıradan yox, güclü bir rəqibdir. Azərbaycan futbolundan söhbət danışanda, ilk növbədə bu komanda yada düşür”.
“Neftçi”ni sevimli komanda hesab edən Süleymanov vaxtilə baş məşqçisi, indi isə həmkarı olan Vaqif Sadıqova da hörmətlə yanaşır: “Biz meydanda rəqibik və bu, idman prinsipləri çərçivəsində olur. Bundan kənarda isə dost, yoldaşıq. Vaqif Sadıqovun gəlişindən sonra “Neftçi”də əhval-ruhiyyə yaxşılığa doğru dəyişib, komandanın oyunu alınır. Flaqmanın yaxşı çıxış etməsində həmkarımın əməyini dəyərləndirmək lazımdır”.
Yeni komandası ilə tanışlıq prosesini davam etdirən Süleymanov problemlərin çox olduğunu gizlətmir. Özü də “Neftçi” ilə oyun öncəsi ciddi itkilərlə üzləşən “Olimpik-Şüvəlan” müdafiə xəttinin lideri olan moldovalı kapitan Sergey Laşenkovun son turda qırmızı vərəqə aldığı üçün xidmətindən məhrum olub: “İştirak ərizəmizdə 23 futbolçu var. İki oyunçu mənə qədər komandada çıxarılıb. Hüseyn Axundovla Vasif Haqverdiyev zədəlidir. Heyətimizdə cəzalı, vərəqə limitini aşan futbolçular var. İki qapıçımızın olması azdır. Problemlərin çoxluğuna baxmayaraq, işimizi görür, komandanın uğurlu çıxışı üçün çalışırıq. Hesab edirəm ki, futbolçular baş məşqçi üçün yox, komandaya görə oynamalıdırlar. Onlar ilk növbədə peşəkar olmalı, işlərinə peşəkarcasına yanaşmalıdırlar. Baş məşqçiyə görə oynayım, ona kömək edim – bu fikirlə razı deyiləm. Futbolçu özünü göstərməli, klubla bağladığı müqavilə ilə üzərinə düşən öhdəçiliyi, vəzifə borcunu yerinə yetirməli, anlaşmanın maddi tərəfinin qarşılığını verməlidir. Futbolda bir havanı oynamaq lazımdır, daha oyunçular hərəsi öz havasını yox”.

0
0