Nadirovun dublu “Qarabağ”ı vahid lider etdi
27.11.2009 - 16:07
Nadirovun dublu “Qarabağ”ı vahid lider etdi
Bu gün keçiriləcək bir oyunla Unibank Premyer Liqasında II dövrənin startı veriləcək. Apasport.az saytının məlumatına görə, Tovuzun “Turan” klubunu qəbul edən “Qarabağ” bir günlük zirvəyə yüksələ bilər.

Liderlə xalları bərabər olan, lakin şəxsi göstəricilərə əsasən yalnız üçüncü olan Qurban Qurbanovun yetirmələri hətta heç-heçə etsə belə, zirvəni ələ keçirəcək. Hələ ilk dövrədə ağdamlılara çətin anlar yaşadıb qələbəni əldən verən tovuzlular isə Quzanlı qəsəbəsində uduzmamaqla, bir pillə irəliləmək imkanı qazanacaq.

Özü də “Olimpik-Şüvəlan”ın “Neftçi” ilə çətin oyuna çıxdığını nəzərə alsaq, “Turan”ın irəliləyişi iki günlük yox daha uzun da ola bilər.

27 noyabr

14:15. “Qarabağ” – “Turan” - 2:1
QOLLAR: Vüqar Nadirov, 61; 66 - Rəşid Həsənov, 38
Ağdam. Quzanlı qəsəbə stadionu
İlk dövrədəki oyun – 2:1

“Qarabağ: Sahil Kərimov, Zaur Həşimov, Ayxan Abbasov, Aftandil Hacıyev, Admir Teli, Aslan Kərimov, Rəşad Sadiqov, Elvin Məmmədov, Rauf Əliyev, Əfran İsmayılov, Vaqif Cavadov.

“Turan”: Şamil Saidov, Hüseyn İsgəndərov, Ruslan Abbasov, Anton Kovalevski, Hafiz Əliyev, Samir Musayev, Valeri Onila, Rəşid Həsənov, Elnur Məmmədov, Muammer Erdoğdu, Roman Onana.


1. Qarşılaşma başladı.
6. Oyunda ilk təhlükəli vəziyyəti “Qarabağ” yaradır. Əfran qapıçı ilə üzbəüz qaldığı epizodda hesabı aça bilmir.
15. Saidov komandasını qoldan xilas edir. Qapıçı Zaur Həşimovun qüvvətli zərbəsini qapı xəttindən çıxarır.
21. “Turan” hesabı aça bilərdi. Son anda Rəşid Həsənovun zərbəsi dəqiq olmadı.
26. Qonaq komanda cərimə zərbəsi yerinə yetirir. Onilanın birbaşa göndərdiyi topu Kərimov asanlıqla tutur.
32. Meydan sahiblərinin növbəti dəfə hesabı açmağa yaxın olur. Son anda müdafiəçilər topun qapıdan keçməsinə mane olur.
33. Rəşad Sadiqov qapıya qüvvətli zərbə endirir. Saidov topu qapı xəttindən çıxarır.
35. Tovuzluların heyətində məcburi oyunçu dəyişikliyi. Zədələnən Elnur Məmmədovun yerinə meydana Asəf Qədiri çıxdı.
38. QOL. “Turan” hesabı açdı. Rəşid Həsənov meydan sahiblərini məyus edir.
44. “Qarabağ” buraxılan qolun əvəzini çıxmağa çalışır. Meydan sahibləri təhlükəli nöqtədən – təxminən 18 metrdən cərimə zərbəsi yerinə yetirir. İsmayılovun zərbəsi qapının üstündən keçdi.
Hakim ilk yarıya 1 dəqiqə əlavə edir.
Birinci hissə başa çatdı.

İkinci hissə başladı
53. Qonaq komandada növbəti oyunçu dəyişikliyi ediləcək. Kovalevski zədələnərək meydanı tərk edir.
54. “Qarabağ”ın futbolçuları Rəşid Həsənova qarşı aşkar kobud oynayır.
54. Meydanı xərəkdə tərk edən Kovalevskini Kamal Ələkbərov əvəzləyir.
57. Hakim Aslan Kərimova kobud oynadığı üçün sarı vərəqə göstərdi.
59. Rəşad Sadıqov uzun fasilədən sonra meydana daxil oldu. O, Hacıyevi əvəzlədi.
61. Axır ki, meydan sahibləri bərabərlik topunu vurdu. İkinci hissədə meydana çıxan Nadirov cərimə meydançası daxilindən dəqiq zərbə ilə hesabı bərabərləşdirdi.
64. Nadirov komandasının ikinci qolunu vura bilərdi. Ancaq Saidov qapısından xeyli irəli çıxaraq, “Turan”ı real qoldan xilas etdi.
66. Bu da üçüncü qol. Nadirov aşırma zərbə ilə özünün və komandasının ikinci qolunu vurur.
70. “Turan” cərimə zərbəsi yerinə yetirdi. Asəfin qapıya vurduğu top dəqiq olmur.
78. Tovuz təmsilçisi məğlubiyyətlə barışmaq istəmir. Hücumlarını artıran qonaqlar bərabərlik topunu vurmaqda çətinliklə üzləşir.
78.“Qarabağ”ın baş məşqçisi Rauf Əliyevi Nodar Məmmədovla əvəzləyir.
80. Baş hakim kobud oynadığı üçün Asif Qədiriyə də sarı vərəqə göstərir. 1 dəqiqə sonra Onila da cəzalandırılır.
82. Rəşad Sadiqov zdələnərək meydanı tərk edir. Amma “Qarabağ” artıq 3 oyunçu dəyişikliyi etdiyindən, meydanda azlıqda qalıb.
83. “Turan” da oyunçu dəyişikliyinə əl atır. Samir Musayevin əvəzinə meydana Oleq Xromsov çıxır.
91. Zaur Həşimov da sarı vərəqə ilə cəzalandırıldı.
93. Hakimin fitindən sonra topu qapıdan keçirən Nadirov sarı vərəqə “qazanır”.
Oyun başa çatdı. Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanmaqla, turnir cədvəlində vahid lider oldu.

28 noyabr

“Simurq” – “Qəbələ”

Zaqatala. “Simurq” stadionu
İlk dövrədəki oyun – 1:2

29 noyabr

“Bakı” – “Xəzər-Lənkəran”

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:1

“Karvan” – “İnter”
Yevlax. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:1

“Neftçi” – “Olimpik-Şüvəlan”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk dövrədəki oyun – 1:0

“Standard” – “Muğan”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 0:1

1

"Qarabağ"

12

8

2

2

12-6

26

2

"İnter"

11

7

2

2

22-12

23

3

"Simurq"

11

7

2

2

15-9

23

4

"Qəbələ"

11

6

2

3

15-13

20

5

"Neftçi"

11

6

1

4

10-7

19

6

"Xəzər-Lənkəran"

10

5

3

2

12-5

18

7

"Bakı"

10

5

1

4

7-6

16

8

"Olimpik-Şüvəlan"

11

3

3

5

11-15

12

9

"Turan"

12

3

2

7

15-18

11

10

"Muğan"

11

3

2

6

7-16

11

11

"Karvan"

11

1

2

8

10-17

5

12

"Standard"

11

0

2

9

8-20

2


Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 6.