Azərbaycanlı hakimin taleyini həll etdiyi oyun dünyada 5-cidir
27.11.2009 - 12:21
Azərbaycanlı hakimin taleyini həll etdiyi oyun dünyada 5-cidir
Dünya futbol tarixinin 100 ən böyük oyununun siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, prinsipiallığı, dramatikliyi ilə seçilən qarşılaşmalar arasında Azərbaycanla bağlılığı olan matç da yer alıb.

Belə ki, məşhur hakimimiz Tofiq Bəhramovun yan xətt hakimi olduğu qalmaqallı İngiltərə - AFR görüşü də “Top-100”də yer alıb. 1966-cı il dünya çempionatının “Uembli” stadionunda keçirilən final görüşündə ingilislərin qonaqların qapısına vurduğu zərbənin qapı xəttini keçdiyini işarə edən Bəhramov bununla da futbol tarixinə düşdü. Qolun olmaması ilə bağlı xeyli vaxtdır sürən müzakirələr İngiltərə və Almaniyada fərqli düşüncələr formalaşdırıb. Lakin əsas vaxtı 2:2 hesabı ilə nəticələnən və britaniyalıların əlavə vaxtda 2 qol vurması ilə bitən matçın dramatikliyi də unudulmayıb. Həm qalmaqallı qol, həm də gərgin oyunun keçməsi mütəxəssisləri də qarşılaşmanın “böyüklüyünü” etiraf edib. Bu matç futbol tarixinin 5-ci ən möhtəşəm oyunu hesab olunub.

1. Fransa – AFR - 3:3, penaltilərlə 4:5 (1982-ci il dünya çempionatının yarımfinalı)
2. “Liverpul” – “Arsenal” - 0:2 (1989-cu il İngiltərə çempionatı)
3. İtaliya – AFR - 4:3, əlavə vaxtda (1970-ci il dünya çempionatının yarımfinalı)
4. “Liverpul” – “Milan” - 3:3, penaltilərlə 3:2 (2005-ci il Çempionlar Liqasının finalı)
5. İngiltərə - AFR - 4:2, əlavə vaxtda (1966-cı il dünya çempionatının finalı)
6. İtaliya – Braziliya - 3:2 (1982-ci il dünya çempionatının ikinci qrup mərhələsi)
7. Braziliya – İtaliya - 4:1 (1970-ci il dünya çempionatının finalı)
8. “Real” – “Ayntraxt” - 7:3 (1960-cı il Çempionlar kubokunun finalı)
9. “Arsenal” – “Mançester Yunayted” - 1:2, əlavə vaxtda (1999-cu il İngiltərə kubokunun finalının təkrar oyunu)
10. “Bavariya” – “Mançester Yunayted” - 1:2 (1999-cu il Çempionlar Liqasının finalı)