Baş nazirin oğlu da futbola girişdi
27.11.2009 - 13:52
Böyük Britaniyanın baş naziri Toni Blerin oğlu Niki futbol agenti olmaq qərarına gəlib. Apasport.az saytının xəbərinə görə, ölkənin bölgələrindən birində müəllim kimi çalışan 23 yaşlı gənc anası Çerri Blerin xeyir-duası və dostu Qabriel Moraesin məsləhətin ilə agent bürosu açmağa hazırlaşır.
Elə Qabriel də bu işdə onunla birgə çalışacaq. Baş nazirin oğlu artıq biznes planını tərtib etdiklərini açıqlasa da, siyahılarına hələ futbolçu daxil etməyə tələsmədiklərini bildirib. Mütəxəssislərin fikrincə, Niki işinin uğurlu alınacağı halda, atasından çox pul qazana bilər. Agent Latın Amerikasından olan futbolçuları zəngin Avropa klublarına satmaq niyyətindədir. Uşaq vaxtlarından “Mançester Yunayted”ın “xəstə”si olan Niki həm atası, həm də qardaşı ilə bu mənada heç vaxt yola getməyib.
Belə ki, baş nazir “Nyukasl”, böyük oğlu Yuen isə “Liverpul” azarkeşi olduğundan bu komandaların qarşıdurmaları ailədə fikir ayrılığına səbəb olur. Oksford Universitetində tarix fakültəsini bitirən Niki müəllimliyi seçsə də, indi futbol naminə qərarından dönüb.

- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
0
0