Qurbanovla Sadıqov oyundan yox, Qurban bayramından danışdılar
27.11.2009 - 19:00
Unibank Premyer Liqasının XII turunun açılış oyununda Ağdamın "Qarabağ" komandası doğma meydanda Tovuzun "Turan" klubunu qəbul etdi. Apasport.az saytının məlumatına görə, ev sahiblərinin 2:1 hesabı ilə qələbə qazandığı görüşdən sonra baş oyun haqda fikirlərini bildiriblər.
Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "İlk öncə bütün Azərbaycan xalqını qurban bayramı münasibəti ilə təbrik edirəm. "Turan" komandasını da göstərdiyi oyuna görə təbrik etmək istərdim. "Turan"ın əvvəlki illərdə olduğu kimi daha yüksək yerlərdə olmasını arzulayıram. II dövrədə onlar daha üstün oyun göstərirlər, getdikcə oyunlarında irəliləyiş hiss olunur."
Nizami Sadıqov, "Turan" klubunun baş məşqçisi: "Hamını qurban bayramı münasibəti ilə təbrik edirəm. Bu oyun bizim üçün çətin alındı. Hesabı ilk olaraq bizim futbolçular açsa da, nəticəni sonadək qoruya bilmədik. "Qarabağ" oyunu ilə sübut etdi ki, çox güclü komandadır. Onları qələbə münasibəti ilə təbrik edirəm."
Pfl.az

0
0