Kemal Alispahiç ümidini itirmir: Hər şey yaxşı olacaq - MÜSAHİBƏ
28.11.2009 - 00:01
Sabah Unibank Premyer Liqası çərçivəsində autsayder “Standard”la qarşılaşacaq “Muğan”ın baş məşqçisi Kemal Alispahiçin klubun saytına müsahibə verib.
- Görüşə kifayət qədər yaxşı hazırlaşmışıq. "Standard"ı çox güclü komandadır. Düşünürəm ki, gərgin oyun. Belə ki, hər iki komanda üçün qələbə çox önəmlidir. Həm biz, həm də son oyunlarda istədiyimiz nəticəni əldə edə bilmirik. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, hər iki tərəf 3 xal qazanmağa maksimum dərəcədə çalışacaq.
- Futbolçular özlərini məşqlərdə necə göstərirlər?
- Futbolçular məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər. Ümid edirəm ki hər şey istədiyimiz kimi olacaq. Hər şey öz qaydasındadır. Zədəli və cəzalı futbolçularla bağlı problemlərin aradan qalxması məni çox sevindirir. "Standard" qarşısına tam heyətlə çıxmağı planlaşdırırıq. Komandanın aparıcı futbolçularının cəzalı və zədəli olması bizə son oyunlarda çətin anlar yaşatdı. Xoşbəxtlikdən bu problem tədricən aradan qalxdı.
- “Standard”a qarşı matçla bağlı hansı proqnozu verərdiniz?
- Əvvəlcədən proqnoz vermək çətindir. Amma onu deyə bilərəm ki, bir məqsədimiz var - qələbə. “Standard”la bu ilki çempionatda ikinci oyunumuzdur. İlk oyunda minimal hesabla qələbə qazana bildik. Komanda ilk matçda kifayət qədər baxımlı futbol nümayiş etdirmişdi. Ümid edirəm ki bu matçda da sevinən tərəf biz olacağıq.
- Növbəti oyunlar barədə nə düşünürsünüz?
- Mənə elə gəlir ki, hər nə olursa olsun ümidsizliyə qapılmağa dəyməz. İnamla gələcəyə baxmaq lazımdır. Mükəmməl heyətimiz var. Növbəti oyunlarda səhvsiz oynasaq, istədiyimiz nəticələri asanlıqla əldə edə bilərik. Qələbəyə inam çox böyük amildir. Hər halda, hər şeyi oyun göstərəcək.

0
0