“Mən Vlastimil Petrjela ilə dalaşmamışdım”
28.11.2009 - 11:06
“Prinsipcə, mən Vlastimil Petrjela ilə dalaşmamışdım. Yalnız mətbuat vasitəsilə ünsiyyət qurmuşduq. “Spartak” “Slovan”la oynayan zaman onunla Liberets şəhərində görüşdük. Petrjela mənə yaxınlaşdı, bir-birimizə bir neçə kəlmə söz dedik. Bundan sonra hər şeyi başa düşdüm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Sankt-Peterburqun “Zenit” klubunun futbolçusu Vladimir Bıstrov deyib.
Rusiya milli komandasının heyətində ötən ay Bakıya gələn, yığmamızla Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən rəsmi oyunda əsas heyətdə meydana çıxan 25 yaşlı yarımmüdafiəçi “Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjelanı yada salıb. Axı Bıstrov karyerasında ən yaxşı illəri məhz “Zenit”də Petrjelanın rəhbərliyi altında keçirsə də, sonradan Moskva “Spartak”ına satıldı. Belə addımın atılmasına səbəb kimi, Bıstrovun Petrjela ilə münasibətlərinin korlanması göstərildi və məhz çexiyalı mütəxəssisin onun gedişində təşəbbüskar olduğu uzun müddət müzakirə edildi. “Neftçi”nin 56 yaşlı sabiq çalışdırıcısı mətbuata bildirib ki, futbolçunun satılmasına “Zenit”in həmin vaxtkı baş direktoru İlya Çerkasov qərar verib.
Cari mövsümün ortasında “Spartak”dan “Zenit”ə qayıdan Vladimir son turda heyətində gümüş medal qazandığı keçmiş komandasına qarşı oynayacaq. Vladimir Rusiya mətbuatına müsahibəsində Petrjela ilə də bağlı fikirlərini bildirib: “Əlbəttə, biz onunla əsas mövzunu müzakirə etdik. Ancaq istənilən halda, hərə öz fikrində qalır. Bilirsiniz, mətbuatda yazılanların hamısı konkret insanın və nəşrin maraqlarına uyğun təqdim olunurdu. Satılmağıma Petrjelanın, yoxsa baş direktorun qərar verdiyini deyə bilmərəm. Sadəcə, onda məni fakt qarşısında qoydular. Mən bu mövzunu daha böyütmək niyyətində deyiləm. Sankt-Peterburqda dostlarım, qohumlarım, evim olduğu halda, getmək istəyim haradan çıxa bilərdi? O başqa məsələ ki, mən oynayıb, inkişaf etməli idim. Fikrimcə, “Spartak”da yaxşı oynamasaydım, çətin ki məni “Zenit”ə geri çağırardılar”.
Qeyd edək ki, Petrjela 4 ay çalışdırdığı “Neftçi”dən qovulub. O, flaqmanın müstəqillik dönəmində ilk əcnəbi baş məşqçisi kimi tarixə düşüb.

0
0