“Pünik”in Azərbaycan çempionu ilə görüşə gəlməsinin əsl səbəbi bilindi
28.11.2009 - 12:23
Ermənistanın “Pünik” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə qatılmasının əsl səbəbi bəlli olub. Apasport.az saytının məlumatına görə, son çempion “Bakı” komandasının ölkəmizi gələn ilin yanvarın ikinci yarısında təmsil edəcəyi ənənəvi yarışın təşkilatçıları bədnam qonşularımızı çıxılmaz vəziyyətdə qoyub.
Məlum olduğu kimi, 2006-cı ildə “Birlik kuboku”nun yarımfinalında “Neftçi” ilə oyuna çıxmaqdan qorxub qaçan “Pünik” cəzalandırıldığı üçün yarışda ölkəsini təmsil etmək hüququndan məhrum edilmişdi. Nəhayət, bu dəfə turnirdə çıxış etmək imkanı yaransa da, İrəvan təmsilçisi təşkilatçılara göndərdiyi imtina məktubunda qərarlarını süni örtüklü meydançada oynamağı istəmədiklərini və yarışın keçirilmə vaxtının yeni mövsümə hazırlıq planlarına uyğun gəlməməyi ilə əsaslandırıb. Ancaq sonradan “Pünik”in icraçı-direktoru Karen Arutyunyanın Ermənistan Futbol Federasiyasının rəhbərliyi ilə baş tutan görüşündə bu mövzuya yenidən toxunulub.
Arutyunyanın sözlərinə görə, turnirin Təşkilat Komitəsi Moskvaya MDB birinciliklərinin mükafatçılarının yox, məhz ölkə çempionlarının gəlməsini təkid edir. Bundan sonra “Pünik” ilkin qərarını dəyişməyə və dörd illik fasilədən sonra “Birlik kuboku”ndan iştirak etməyə məcbur olub.
Məsələ ilə bağlı açıqlama verən “Pünik”in mətbuat katibi Vaan Danielyan klubun rəsmi mövqeyini ortaya qoyub: “Pünik” “Birlik kuboku”na qatılmağı ilkin olaraq planlaşdırmırdı. Ancaq sonradan Ermənistan Futbol Federasiyası belə məlumat verdi ki, Rusiya tərəfinin şərtlərinə əsasən “Pünik”in imtinası təqdirində digər Ermənistan klubu yarışda iştirak edə bilməz. Məhz bundan sonra qərara yenidən baxılıb”.
Göründüyü kimi, erməniləri divara dirəyən ruslar onları çıxılmaz vəziyyətdə qoyub. “Birlik kuboku”nun Ermənistan təmsilçisi olmadan keçirilməsini qəbul edə bilməyən bədnam qonşularımız ölkə çempionuna təzyiq edərək, onları fikrindən döndəriblər. Hərçənd turnirin təşkilatçısı olan Rusiya Futbol İttifaqı “Pünik”in “Neftçi” ilə görüş zamanı hərəkətindən sonra bəyan etmişdi ki, belə diplomatik addım həmin klubun növbəti turnirlərə dəvət edilməsinin məqsədyönlü olmasını şübhə altına salır.
Qeyd edək ki, “Pünik” ardıcıl iki il “Neftçi” ilə görüşüb. 2006-cı ildə texniki məğlubiyyət (0:3) alan irəvanlılar bundan bir il öncə 1/4 finalda flaqmana boyun əyib – 0:2. “Neftçi” “Pünik”in cəzalandığı vaxtda turnirin qalibi olmaqla, ölkəmiz üçün ilkə imza atıb.

0
0