“El Klassiko”da 1 qol, 2 qırmızı vərəqə - YENİLƏNİB
29.11.2009 - 23:56
“El Klassiko”da 1 qol, 2 qırmızı vərəqə - YENİLƏNİB
İspaniya Primerosunda XII turun mərkəzi qarşılaşması başa çatıb. Apasport.az saytının xəbərinə görə, “Nou Kamp” stadionunda əzəli rəqibi Madrid “Real”ını qəbul edən “Barselona” 1:0 hesablı qələbə qazanıb.

Dünyanın ən prinsipial derbilərindən sayılan və 98 min tamaşaçının izlədiyi “El Klassiko”nu 36 yaşlı beynəlxalq dərəcəli hakim Undiano Mallenko idarə edib. İlk yarıda hər iki komandanın fərqlənmək üçün şansı olsa da, qapılara top vurulmayıb. Matçın qəhrəmanı isə Zlatan İbrahimoviç olub. 51-ci dəqiqədə meydana çıxan isveçli hücumçu 5 dəqiqə sonra hesabı açıb. 63-cü dəqiqədə Busketsin qovulmasından sonra madridlilər say üstünlüyünə malik olsalar da, bundan yararlana bilməyib. Əvəzində qarşılaşmanın son dəqiqələrində Diarra kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydan qovulub.

Beləliklə, “Real”ı məğlub edən kataloniyalılar ardıcıl üçüncü dəfə “El Klassiko”dan qalib ayrılır.

Bu qələbədən sonra “Barselona” 12 oyundan topladığı 30 xalla turnir cədvəlində birinci pilləyə qalxıb. “Real” isə 28 xalla ikinci pillədədir.

“Barselona” – “Real” - 1:0
QOL: İbrahimoviç, 56
Baş hakim: Undiano Mallenko

“Barselona”: Valdes, Alves, Puyol, Pike, Abidal, Buskets, Xavi, Keyta (Ture, 66), Messi, İniyesta, Anri (İbrahimoviç, 51)

“Real”: Kasilyas, Serxio Ramos, Pepe, Albiol, Arbeloa (Raul, 74), Xabi Alonso, Diarra, Hiquain, Kaka, Marselo, Kriştianu Ronaldu (Benzema, 66).

28 NOYABR

“Sevilya” – “Malaqa” – 2:2
“Valensiya” – “Malyorka” – 1:1
“Sportinq” – “Vilyareal” – 1:0

29 NOYABR

“Saraqosa” – “Osasuna” - 0:1
“Almeyra” – “Atletik” - 1:4
“Hetafe” – “Xeres” - 5:1
“Rasinq” – “Deportivo” - 0:1
“Valyadolid” – “Tenerife” - 3:3
“Atletiko” – “Espanyol” - 4:0

0