Şahin Diniyev 12-ci oldu
29.11.2009 - 21:30
Bu gün Rusiya Premyer Liqasında növbəti mövsümə yekun vurulub. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolsevərlərin maraqlı izlədiyi qarşılaşma Nalçik şəhərinə baş tutub.
Belə ki, bu şəhərdə yerli “Spartak” həmyerlimiz Şahin Diniyevin baş məşqçisi olduğu Qroznının “Terek” klubunu qəbul edib. Tamaşaçıların 6 qol gördüyü oyun meydan sahiblərinin qələbəsi ilə nəticələnib. İlk yarıda 0:3 hesabı ilə geri düşən “Terek” ikinci hissəyə yaxşı başlayıb və 52-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Amma 6 dəqiqə sonra Nalçik təmsilçisi daha bir qol vurub. Diniyevin komandası yalnız son dəqiqələrdə təsəlli qolunu vura bilib.
“Spartak” (Nalçik) – “Terek” (Qroznı) – 4:2
Leandro, 11; Amisulaşvili, 38; Kisenkov, 44; Siradze, 58 – Cabrailov, 52; Lahiyalov, 90
Məğlubiyyətə baxmayaraq, Diniyevin komandası Premyer Liqada yerini qoruyub. Belə ki, “Terek” 30 oyundan topladığı 33 xalla turnir cədvəlini 12-ci yerdə başa vurub.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0