Türkiyə yığmasının futbolçusu ağır avtomobil qəzasına düşdü
29.11.2009 - 22:17
Türkiyə yığmasının və “Fənərbaxça” klubunun futbolçusu Kolin Kazım ölümdən dönüb. Apasport.az saytının xəbərinə görə, bu gün avtomobili ilə Can Bartu Təsislərinə getmək üçün yola çıxan futbolçu Beykozda qəzaya uğrayıb.
Yüksək sürət səbəbindən toqquşma nəticəsində avtomobili bir neçə dəfə aşan oyunçusunu xəstəxanaya yaxınlıqdakı vətəndaşlar aparıblar. Acıbadəm Kadıköy Xəstəxanasında Kazıma ilk müdaxiləni edən həkim Ufuk Nalbantoğlu futbolçunun ciddi xəsarət almadığını bildirib: “Sağ biləyində incə qırıq var idi. Yaşıl meydanlara daha tez qayıtması üçün əlini əməliyyat etdik. Bu axşam xəstəxanada qalacaq, sabah isə evinə buraxılacaq. Təxminən 2-3 həftə ərzində yenidən yaşıl meydanlara qayıda bilər”.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0