UEFA Azərbaycan yığmasına qiymət verdi
08.12.2009 - 15:34
UEFA Azərbaycan yığmasına qiymət verdi
19 yaşadək futbolçular arasında AÇ-2010-un elit raundunun püşkatması ilə bağlı yarışların təşkilatçısı olan UEFA-nın rəsmi internet saytında yazı dərc olunub. Apasport.az saytının məlumatına görə, həmkarlarımız bu mərhələdə oyunların keçiriləcəyi 7 qrupun tərkibini dəyərləndirib.

Təbii ki, Azərbaycan milli komandasının yer aldığı IV qrup da diqqətdən yayınmayıb. UEFA-nın fikrincə, yığmamız ən yaxşı halda ikinci yer uğrunda mübarizə aparacaq: “Son 8 çempionatın 4-də qalib adını qazanan İspaniya yığması nisbətən asan qrupa düşüb. O qədər gərgin olmayan mübarizədə onların rəqibləri Türkiyə, Azərbaycan və Norveç yığmaları olacaq”.

UEFA-nın rəyinə əsasən, İspaniyanın favorit olduğu qrupun oyunları aprelin 14-19-da Türkiyədə keçiriləcək.
0