“Neftçi”dən qovulan futbolçu: Orada yeni bir həyəcan yaşamaq istədim
10.12.2009 - 15:38
“Azərbaycandan yaxşı bir təklif almışdım. Yeni bir həyəcan yaşamaq istədim. Bu üzdən “Neftçi”dən gələni təklifi qəbul etdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun sabiq yarımmüdafiəçisi Levent Kartop deyib. Keçən ilin yayında Suat Usta və Əli Cansunla birgə “ağ-qaralar”a keçən 30 yaşlı futbolçu həmyerlilərindən fərqli çox duruş gətirmədi. Belə ki, “Neftçi”nin həmin vaxtkı baş məşqçisi Hans-Yurgen Gedenin apardığı islahatlarının qurbanlarından olan Kartop debüt etməmiş qovuldu. Ancaq Levent flaqmanda ona qarşı göstərilən münasibətə, uğursuz karyera yaşamasına baxmayaraq, bizlərdən narazı deyil: “Azərbaycan həqiqətən də inkişafda olan futbol ölkəsidir. Oradakıların türklərə qarşı da çox böyük sevgiləri var. Azərbaycan liqasında Bank Asiya birinci liqasında futbol oynanılır. Oranın güclülər dəstəsini Türkiyənin liqalarından biri müqayisə etmək lazım gələrsə, Bank Asiya birinci liqasında səviyyəsində futbol oynayırlar desəm, yanlış olmaz”.
Qeyd edək ki, Levent “Neftçi”dən ötən ilin payızında qovulandan sonra Türkiyə Superliqasında çıxış edən “Kocaelispor”a transfer olundu. Orada Rəşad Sadıqov və Ramal Hüseynovun komanda yoldaşı olan Kartop inamlı oyunu ilə yadda qaldı, daim əsas heyətdə yer aldı. “Kocaelispor” birinci liqaya düşəndən sonra futbolçularımız kimi komandanı tərk edən təcrübəli futbolçu həmin divizionda çıxış edən “Altay” klubunda çıxış edir.

0
0