“Styaua”nın Ruslan Abışovla maraqlanmasının əsl səbəbi
10.12.2009 - 16:05
Azərbaycan milli komandasının və “Neftçi”nin müdafiəçisi Ruslan Abışovun Rumıniyanın “Styaua” klubunun maraq dairəsinə düşməsinin əsl səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Buxarest təmsilçisi Rumıniya yığmasının üzvü olan mərkəz müdafiəçisi Sorin Qioanyanı daha səviyyəli oyunçu ilə əvəzləmək istəyir.
Qioanya ötən yay Avropa çempionatının final mərhələsində iştirak etsə də, onun hazırkı forması prezidenti Cici Bekalidən tutmuş baş məşqçi Mihal Stoykitsaya qədər bütün “Styaua” rəhbərliyini razı salmır. Belə ki, son oyunlarda səviyyəsindən qat-qat aşağı çıxış edən, kobud səhvləri ilə komandasını çətin vəziyyətə salan 30 yaşlı müdafiəçi tezliklə transferə çıxarılacaq. 2002-ci ildən həm “Styaua”, həm də milli komandanın üzvü olan Sorin iki dəfə Rumıniya çempionluğu, bir dəfə Superkuboku qazanıb. Rumınlar onun yerinə ən layiqli namizəd “Neftçi”nin 22 yaşlı arxa xətt oyunçusunu görürlər.

0
0