“Hakimlik haqda heç nə demək istəmirəm”
10.12.2009 - 17:04
“Qəbələ” ilə matçın çətin olacağını bilirdik. Ona görə də bugünkü oyuna ciddi hazırlaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
Unibank Premyer Liqasının XIV turu çərçivəsində bu gün “Qəbələ” ilə görüşdən (1:1) sonra keçirilən mətbuat konfransında Sadıqov fikirlərini bölüşüb. O, evdə 2 xal itirmələrinə baxmayaraq, komandasından narazı qalmayıb: “Qəbələ”nin zəif komanda olmadığını oyun göstərdi. Qəbələlilər digər güclü komandalardan heç də geri qalmırlar. Məğlubiyyətsiz oyunlar seriyamızı artıq 7-yə çatdı ki, bunu da qənaətbəxş saymaq olar. Bu, mənim üçün yaxşı nəticədir. Hakimlik haqda isə heç nə demək istəmirəm”.
Qeyd edək ki, “Qəbələ”nin vurduğu qola “Neftçi”nin futbolçuları kəskin etirazlarını bildiriblər.

0
0