Lemanndan qeyri-adi hərəkətlər
10.12.2009 - 17:17
Almaniya milli komandasının sabiq qapıçısı Yens Lemann cəzalandırıla bilər. Apasport.az saytının məlumatına görə, “Ştutqart”ın 40 yaşlı futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin VI turunda qeyri-adi hərəkətləri ilə yadda qalıb.
Belə ki, Yens “Unirea” (Rumıniya) ilə qarşılaşmada qaydaları pozub. Veteran qapıçı icazəsiz və yersiz olaraq, meydanı tərk edib. Görüşün gedişində rəqibin acizliyini görən Lemann reklam lövhələrinin arxasına çəkilib, azarkeş və futbolçulardan gizlənib. Lazım gələndə oradan sıçrayan qapıçı öz yerinə qayıdırmış. Lakin onun reklam lövhələrinin arxasında nə etdiyi hələ də sirr olaraq qalır. Bunu cəzasız qoyan matçın hakimindən fərqli, UEFA-nın sərt addım atacağı istisna olunmur.

0
0