Hurtiç “Qarabağ”a məğlubiyyətin səbəbini açıqladı
10.12.2009 - 17:32
“Qarabağ” çox güclü komandadır. Bu klub Azərbaycan çempionatında 1-2-ci yerləri tutmağa layiqdirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Salyanın “Muğan” klubunun baş məşqçisi Almir Hurtiç deyib.
Bosniya və herseqovinalı mütəxəssis Unibank Premyer Liqasının XIV turunun “Qarabağ”la səfər oyunundan sonra nəticədən narazı qalıb. O matçdan sonra təşkil olunan mətbuat konfransında 1:2 hesabı ilə uduzmaqlarının səbəbini açıqlayıb: “Qarabağ”ı bugünkü qələbə münasibətilə təbrik edirəm. Qarşılaşmaya biz daha yaxşı başlamışdıq. Nəticədə hesabı da açdıq. Lakin sonradan əlimizə düşən imkanları qaçırdıq. Əvəzində meydan sahibləri 2 qol vuraraq qalib gəldi”.
Ağdamlıların çalışdırıcısı Qurban Qurbanov isə oyunun startında üzləşdikləri problemlərdən danışıb: “Qarşılaşma ərəfəsində ciddi itkilərimiz var idi. Zədəli, cəzalı oyunçularımızın olması bizi taktiki dəyişikliklərə əl atmağa məcbur edirdi. Bu səbəbdən gənclərə güvənməli olmuşduq. Rəqib də çox yaxşı komanda idi. Onlara gələcək oyunlarda uğurlar arzulayıram”.

0
0