Mircavadov əliboş yola saldığı komandaya uğurlar arzuladı
10.12.2009 - 19:02
Mircavadov əliboş yola saldığı komandaya uğurlar arzuladı
“Bundan öncəki turda "İnter"lə çətin qarşılaşmamız vardı. "Olimpik-Şüvəlan"la oyunun da çətin keçəcəyini bilirdik. Ümumilikdə komandanın oyunu məni qane etdi, qələbə qazandıq, 3-cü pilləyə yüksəldik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Unibank Premyer Liqasının XIV turunda “Olimpik-Şüvəlan” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında cənub təmsilçisinin çalışdırıcısı bildirib buraxdıqları səhvlərdən də danışıb: “Buraxdığımız qolda müdafiə xəttinin səhvini qeyd etməliyəm. Komandanı təbrik edirəm, "Olimpik-Şüvəlan"a qarşıdakı oyunlarda uğurlar arzulayıram".