Süleymanovun etirafı: ...elə bil 9 nəfərlə mübarizə aparırıq
10.12.2009 - 19:10
Süleymanovun etirafı: ...elə bil 9 nəfərlə mübarizə aparırıq
“Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanov ölkə çempionatının XIV turunda səfərdə “Xəzər-Lənkəran”a uduzduğu matçda futbolçularından razı qalıb. Apasport.az saytının xəbərinə görə, oyunsonrası mətbuat konfransında Süleymanov qarşılaşmanın ağır keçdiyini bildirib.

“Oyun ağır keçdi. Heyətimizdə bir sıra itkilər var. 11 nəfərlə oynasaq da, elə bil 9 nəfərlə mübarizə aparırıq. İndiki vəziyyətdə komandanın gücü yalnız buna çatır. Buna baxmayaraq, futbolçularıma göstərdiyi mübarizəyə görə minnətdaram, oyunlarından razı qaldım" – deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, “Olimpik-Şüvəlan” “Xəzər-Lənkəran”la qarşılaşmadan məğlub ayrılıb – 1:2.