UEFA-dan Azərbaycan və Ermənistanla bağlı yekun qərar
11.12.2009 - 10:03
2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatması zamanı UEFA bəzi yığmaların eyni qrupa düşməsinə yol verməyəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Ermənistan, eləcə də Rusiya və Gürcüstan milli komandaları ayrı-ayrı səbətlərdə yer alsalar da, bir-birlərinə rəqib olmayacaq. Qitə futbol qurumunun rəsmiləri adıçəkilən ölkələrin münaqişədə olduğunu nəzərə alaraq, belə qərar verib. Çünki bu ölkələrin yığmalarının görüşündə xoşagəlməz hadisələr yaşana bilər. Avropa çempionatının seçmə mərhələsinin püşkü gələn il fevralın 7-də atılacaq.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın dünya və Avropa çempionatının seçmə mərhələlərində eyni qrupa düşməyəcəyini ilk dəfə FİFA prezidenti Yozef Blatter və onun UEFA-dakı həmkarı Mişel Platini 2007-ci ilin oktyabrında Bakıya səfər zamanı bəyan edib. Belə qəti bəyanata Avro-2008-in seçmə mərhələsinin püşkatmasının nəticəsi səbəb olub. O zaman eyni qrupa düşən Azərbaycan və Ermənistan yığmalarının görüşü təxminən il yarım müzakirə edilmişdi. Sonda bu komandalar arasında matçın oynanılmamasına qərar verilmişdi.

0
0